featured-image-35951

Azərbaycan millisinin sabiq futbolçusu Araz Abdullayev karyerasını Kosovada davam etdirəcək.

Msport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu ölkənin yüksək liqa təmsilçisi “Llapi” ilə müqavilə imzalayıb.  A.Abdullayev tibbi müayinədən uğurla keçib və yeni komandasında hazırlığa başlayıb.

Qeyd edək ki, hazırda “Llapi” Kosova çempionatında 2 turdan sonra 4 xalla 5-ci yeri tutur.

Abdullayevin son klubu 2021/22 mövsümündə “Sumqayıt” olub.

Bənzər xəbərlər