“Araz-Naxçıvan” avrokuboklarda debüt edir
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” bu gün II təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Yunanıstanın “Aris” kollektivini qəbul edəcək.
“Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Rumıniyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. Bununla “Araz-Naxçıvan” avrokuboklarda debüt edəcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Aris” (Yunanıstan)
Hakimlər: Andrei Çivulete, Mirça Mixail Qriqoriu, Andrey Qabriel Konstantinesku, Radu Petresku (hamısı Rumıniya)
“Liv Bona Dea Arena”