featured-image-29191

Azərbaycan I Divizionunda XXVII tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə 3 matç keçirilib.

“Səbail-2” doğma meydanda “Qəbələ-2”ni minimal hesabla məğlub edib. MOİK səfərdə “Mingəçevir” üzərində qələbə qazanıb. “Araz Naxçıvan” isə “Qaradağ Lökbatan”la səfər qarşılaşmasında rəqibinin qapısından 2 cavabsız top keçirib. Nəticədə Muxtar Respublika təmsilçisi 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi”ni 11 xal qabaqlayan “Araz” mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib.

I Divizion
XXVII tur
4 may

“Səbail-2” – “Qəbələ-2” 1:0
Qol: Rasim Həsənov, 86.
Bakı. “ASCO Arena”, 16:00.

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” 0:2
Qol: Orxan Əliyev, 17-pen. Bayraməli Qurbanov, 45.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Mingəçevir” – MOİK 0:2
Qol: Ramil Orucov, 16. Elmir Rəhimzadə, 72.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.

İlk oyun günündə qeydə alınan nəticələr:

“Qarabağ-2” – “Sumqayıt-2” 0:1
“Zaqatala” – “Zirə-2” 3:0
“Neftçi-2” – “Turan Tovuz-2” 2:2
“İmişli” – “Kəpəz-2” 1:2

Bənzər xəbərlər