"Araz-Naxçıvan"dan ayrılan futbolçu Asiyaya yollandı - RƏSMİ
“Araz-Naxçıvan”dan ayrılan Felipe Santosun karyerasını harada davam etdirəcəyi məlum olub.
Msport.az xəbər verir ki, braziliya əsilli beninli futbolçu Taylandda çıxış edəcək.
30 yaşlı vinger “Banqkok Yunayted” klubu ilə 2 illik müqavilə imzalayıb.
Felipe Santos son mövsüm “Araz-Naxçıvan”ın heyətində 31 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə verib.







