“Araz-Naxçıvan”dan debüt oyununda əzmkar qələbə
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Msport.az xəbər verir ki, komanda avrokuboklardakı debüt matçında Yunanıstanın “Aris” kollektivini qəbul edib.
“Liv Bona Dea Arena”da keçirilən görüşdə hesabı 66-cı dəqiqədə qonaqlar açıblar. Buna baxmayaraq, “Araz-Naxçıvan” geridönüş etməyi bacarıb. 75-ci dəqiqədə Felipe Santos və 78-ci dəqiqədə Patrik Andradenin vurduğu qol sayəsində təmsilçimiz 2:1 hesablı əzmkar qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də Salonikidəki “Kleantis Vikelidis” stadionunda keçiriləcək.