“Araz Naxçıvan” danışılmış oyunlara görə cəzalanan qapıçını göndərir
“Araz Naxçıvan” danışılmış oyunlara görə cəzalandırılan qapıçısı Fərman Bayramovla yollarını ayırır.
Bu barədə Msport.az saytına açıqlamasında komandanın baş məşqçisi Azər Bağırov məlumat verib.
O bildirib ki, qolkiperlə mayın 31-dək olan müqavilə dərhal pozulacaq.
Qeyd edək ki, Fərman Bayramov danışılmış oyunlar barədə xəbərdar olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futboldan kənarlaşdırılıb.