featured-image-51316

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən “Araz-Naxçıvan”ın oyun təqvimində dəyişiklik edilib.

Msport.az xəbər verir ki, komanda “Al Arabi” (Küveyt) ilə iyulun 24-də qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Əvəzində Özbəkistanın “Soqdiana” klubu ilə planlaşdırılan matç baş tutacaq. Özbəklərin Türkiyədəki toplanışı baş tutmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” yoxlama oyununda “Alanyaspor”a (1:1) heç-heçə oynayıb.

Bənzər xəbərlər