featured-image-67275

Hazırlıqlarını Türkiyədə davam etdirən “Araz Naxçıvan” növbəti yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası “Konyaspor”la qarşılaşıb.

Ərzrum şəhərində keçirilən görüş Konya təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

“Araz Naxçıvan”ın yeganə qolunu Ramon Maçado vurub. “Konyaspor”un heyətində isə Umut Nayir və Daniyel Aleksiç fərqlənib.

Naxçıvan klubu Türkiyədə növbəti yoxlama oyununu iyulun 17-də “Trabzonspor”a qarşı keçirəcək.

Bənzər xəbərlər