featured-image-72404

Azərbaycan kubokunun 1/8 final mərhələsinə yekun vurulub. 

Msport.az xəbər verir ki, son oyun günündə 3 matç keçirilib.

“Sumqayıt” “Difai”ni 3:1 hesabı ilə məğlub edərək,  1/4 finala vəsiqə qazanıb. “Gənclik şəhəri” təmsilçisi növbəti mərhələdə “Zirə” ilə qarşılaşacaq.

Digər matçda “Araz-Naxçıvan” “Kəpəz”lə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda “Kəpəz” fərqlənərək  növbəti mərhələyə yüksəlib.  Gəncə klubu 1/4 finalda “Turan Tovuz”la qarşılaşacaq.

“Qəbələ” isə “Şəfa” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan kubokunda 1/8 final mərhələsi bir oyundan ibarətdir.

4 dekabr

Azərbaycan Kuboku

1/8 final

19:00. “Araz-Naxçıvan” – “Kəpəz” – 0:1 

Qol: Ohori, 115 (0:1)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Kamranbəy Rəhimov.

“Liv Bona Dea Arena”

19:00. “Difai” – “Sumqayıt” – 1:3

Qollar: Ronaldo Vaskez, 9 (0:1), Kamil Qardaşlı, 67 (1:1), Ronaldo Vaskez, 75 (1:2), Aleksandr Ramalinqom, 90+3 (1:3)

Qırmızı vərəqə: Roman Hüseynov, 84 (“Difai”)

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

15:00. “Qəbələ” – “Şəfa” – 2:1 

Qollar: İbrahim Sanqare, 2 (1:0), Emin Zamanov, 5 (1:1), İbrahim Sanqare, 53 (2:1)

Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.

Qəbələ şəhər stadionu

2 dekabr

“Zirə” – “Neftçi” – 1:0

“Şahdağ Qusar” – “Turan Tovuz” – 1:2

3 dekabr

“Qarabağ” – “Karvan-Yevlax” – 3:0

“Şamaxı” – “Bakı Sportinq” – 1:0

“İmişli” – “Sabah” – 1:2

1/4 finalda qarşılaşacaqlar:

“Turan Tovuz” / “Kəpəz”

“Zirə”  / “Sumqayıt”

“Şamaxı” / “Qarabağ”

“Sabah” /“Qəbələ”

Bənzər xəbərlər