featured-image-27626

I Divizionda XXIV tura start verilib. Msport.az xəbər verir ki, ilk gündə keçirilən görüşlərin ardından Premyer Liqaya vəsiqəni təmin edən komanda müəyyənləşib.

Səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olan MOİK-in lider “Araz Naxçıvan”a çatmaq şansı qalmayıb. 4-cü pillədəki “hərbçilər”i Naxçıvan təmsilçisi ilə yanaşı, “Neftçi” və “Qəbələ”nin ikinci komandaları qabaqlayır.

Aktivində 54 xal olan “Araz Naxçıvan” indi sona 5 tur qalmış əvəzediciləri çıxmaq şərtilə I Divizion təmsilçilərindən ən yaxın izləyicisi olan MOİK-i 16 xal qabaqlayır.

Bu isə o deməkdi ki, mövsümün sonunda lisenziyalaşdırma ilə bağlı problem yaşamasa, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.

Bənzər xəbərlər