"Araz Naxçıvan" Sumqayıtda büdrədi
Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları davam edir.
Msport.az xəbər verir ki, günün ikinci matçında “Araz Naxçıvan” “Sumqayıt”ın qonağı olub. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10-cu turun son görüşündə “Qəbələ” “Sabah”ın qonağı olacaq. Oyun noyabrın 3-də keçiriləcək.
2 noyabr (bazar)
Misli Premyer Liqası, 10-cu tur
18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” – 3:2
Qol: Roi Kehat 17 (1:0), Şarl Boli 41 (1:1), Patrik Andrade 50 (1:2), Ronaldo Vaskez 69 (2:2), Roi Kehat 78 (3:2)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
M.H. adına Sumqayıt şəhər stadionu
16:00. “Turan Tovuz” – “Şamaxı” – 2:1
Qol: Rikardo Apolinario 45 (0:1), Roberto Olabe 45+2 (1:1), Joarlem Santos, 49 (2:1)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
3 noyabr (bazar ertəsi)
19:30. “Sabah” – “Qəbələ”
1 noyabr (şənbə)
“Neftçi” – “Kəpəz” – 5:1
“Karvan-Yevlax” – “Zirə” – 2:3







