“Araz-Naxçıvan” Superliqa klubu ilə qarşılaşacaq
Türkiyədə hazırlıq prosesini davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyununda ilk rəqibi bəlli olub.
Msport.az xəbər verir ki Elmar Baxşıyevin komandası Ərzurumda iyulun 16-da meydana çıxacaq.
“Qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Komanda toplanış çərçivəsində daha 2 oyun keçirəcək.