featured-image-29193

Futbol üzrə Azərbaycan I Divizionda çempion müəyyənləşib.

Msport.az xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub. 2013/14 mövsümündəki uğurunu təkrarlayan Muxtar Respublika təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıb. Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan naxçıvanlılar mövsümün sonuna 3 tur qalmış qızıl medalları təmin edib. “Araz Naxçıvan” I Divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.

I Divizionun qalibləri

1992. ANS Pivani (Bakı)

1993. Xəzri (Buzovna)

1993/94. Azneftyağ (Bakı) və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. Lokomotiv (İmişli)

2003/04. Gənclərbirliyi (Sumqayıt)

2004/05. Şüvəlan (Bakı)

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN (Bərdə)

2009/10. Kəpəz (Gəncə)

2010/11. Abşeron (Bakı)

2011/12. Qaradağ Lökbatan (Bakı)

2012/13. Ağsu

2013/14. Araz Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. Turan Tovuz

2020/21. Neftçi-2 (Bakı)

2021/22. Qaradağ Lökbatan (Bakı)

2022/23. Araz Naxçıvan

Qeydlər:

I divizionda (dəstədə) oynadığı vaxt başqa ad altında çıxış edən komandalar sonradan daşıdığı adla göstərilib.
1993/94 mövsümündə qrupların qalibləri arasında final oyunu keçirilməyib.
1997/98 və 1998/99 mövsümlərində I dəstə, 2002/03 mövsümündə ölkə çempionatı keçirilməyib.

Bənzər xəbərlər