featured-image-67416

“Araz Naxçıvan” bu gün Türkiyədə növbəti yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Elmar Baxşıyevin komandası Ərzrumda “Trabzonspor”la qarşılaşıb.

Görüş Azərbaycan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Naxçıvan təmsilçisinin heyətində Boli, Bəxtiyar Həsənalızadə və Slavik Alxazov fərqlənib.

“Trabzonspor”un qollarını Batista Mendi və Okay Yokuşlu vurub.

Bu, “Araz Naxçıvan”ın Türkiyədə     4-cü yoxlama matçı olub. Komanda buna qədər “Bayburtspor” (14:0), “Konyaspor” (1:2) və “Alanyaspor”la (0:0) qarşılaşıb.

Bənzər xəbərlər