"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" "Qarabağ"a qarşı
Azərbaycan Premyer Liqasında 34-cü turun daha iki oyunu bu gün baş tutacaq.
Msport.az xəbər verir ki, əvvəlcə 9-cu yerdəki “Araz-Naxçıvan” 7-ci pillədəki “Turan Tovuz”u qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Digər oyunda çempionluğu rəsmiləşdirən “Qarabağ” 3-cü yerdəki “Zirə”nin qonağı olacaq. Bu matç isə saat 19:30-da start götürəcək.
Tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 34-cü tur
11 may (şənbə)
17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov
“Liv Bona Dea Arena”
19:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Zirə İdman Kompleksi stadionu
12 may (bazar)
17:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
19:30. “Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
10 may
“Neftçi” – “Kəpəz” – 5:1