"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı - RƏSMİ
“Araz-Naxçıvan” yeni baş məşqçisini təqdim edib.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Andrey Demçenko ilə “5 ay+1 il” illik müqavilə imzalanıb. Ukraynalı mütəxəssis bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Elmar Baxşıyevi əvəzləyib.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis son olaraq Qazaxıstanın “Jenis” klubunda işləyib. Onun köməkçiləri barədə əlavə əlavə məlumat veriləcəyi bildirilib.







