featured-image-50551
Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün yoxlama oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Naxçıvan təmsilçisi klubu əvəzedicilərdən ibarət komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı Olimpiya Stadionunda saat 18:00-da başlayacaq. Bu matçla komanda hazırlığın Bakı mərhələsini yekunlaşdıracaq.
Sabah istirahət edəcək “Araz-Naxçıvan” iyulun 10-da Türkiyəyə yola düşəcək. Erzurumda iki həftəlik toplanış zamanı 3 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub. Oyunların tarixi və rəqiblərlə bağlı əlavə məlumat veriləcək.

Bənzər xəbərlər