featured-image-45419

“Hücum futbolu oynayacağıq”.

Msport.az məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi vəzifəsini icra edən Arif Əsədov “FIFA Series Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Monqolustan oyunundan öncə təşkil olunan mətbuat konfransında bildirib.

Mütəxəssis onları çox maraqlı iki oyunun gözlədiyini söyləyib: “Yeni çağırılanlardan maksimum yararlanmağa çalışacağıq. Görüşlərdə fərqli taktiki sxemdə çıxa bilərik.

Əsədov yığma üzvlərindən danışıb: “Emil Mustafayevin oyunu diqqətimizdə idi. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov milliyə cəlb olunubsa, deməli oynamaq şansı da əldə edəcək. Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddinin isə kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bənzər xəbərlər