featured-image-49210

“20-ci dəqiədən sonra komanda rəqibə qarşı oynamağın mümkünlüyünü anladı. Albaniya ilk dəqiqələrdən bizə yaxşı oynamağa imkan vermədi”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis Albaniya yığması ilə yoldaşlıq oyununu şərh edib. O, Musanın sonradan meydana daxil olanda daha effektiv çıxış etdiyini bildirib: ” İkinci hissədə daha yaxşı çıxış etdik. Qol fürsətləri də əldə etdik. Musa da, Mahir də hələ 90 dəqiqə oynamağa hazır deyil. Klublarında çox az meydana çıxıblar. Ola bilər ki, Musa növbəti oyunda da sonradan meydana daxil olsun. O, bu zaman daha effektli olur. Emil Mustafayevin 2-3 artıq çəkisi var. Futbolçulara demişəm ki, milliyə gəlirsənsə, öz formanı saxlamalısan”.

Qeyd edək ki, Albaniyaya 1:3 hesabı ilə uduzan millimizin yeganə qolunu Musa Qurbanlı vurub.

Bənzər xəbərlər