featured-image-45534

“Bolqarıstan millisi UEFA Millətlər liqasında olan yığma komandalara bərabərdir”.

Msport.az xəbər verir ki, Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəkləri oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: “Sabah baş tutacaq oyunda bizi ciddi rəqib gözləyir. Düşünürəm ki, Bolqarıstanla matç çətin olacaq. Heyətdə bəzi dəyişikliklər olacaq. Əhval-ruhiyyə yüksək səviyyədədir. Yaxşı oynayıb azarkeşlərimizi sevindirəcəyik”.

Onun sözlərinə görə, rəqibi təhlil olunub, futbolçulara zəif və güclü tərəfləri başa salınıb: “Monqolustan millisi ilə bu matç arasında xeyli fərq olacaq. Bolqarıstan tam başqa səviyyədə bir komandadır. İlk oyunda birinci zonadan hücum qururduq. Bolqarıstan millisi ilə matçda ikinci zonadan oynayacağıq”

A.Əsədov qarşılaşmanı daha yaxşı nəticə ilə bitirmək istədiklərini qeyd edib: “Oyundan müsbət nəticə gözləyirəm. Nizam-intizam baxımından hər şey yüksək səviyyədədir. Çalışacağıq ki, qələbə qazanaq”.

Baş məşqçi Monqolustanla matçda çoxsaylı qol imkanlarından istifadə edə bilmədiklərinin səbəblərini açıqlayıb: “Adlı-sanlı futbolçular var ki, yaxın məsafədən fərqlənə bilmir. Azərbaycan millisini bu baxımdan tənqid edə bilmərik. Sadəcə olaraq bəzən alınmır. Monqolustanla matçda qələbəyə inam var idi. Son dəqiqələrə qədər mübarizə apardılar”.

Arif Əsədov milli komandanı hansı müddətə qədər çalışdıracağı barədə sualı da cavablayıb: “Bu barədə çox sual verilir. Hazırda öz işimi görürəm. Öz təcrübəmdən istifadə edərək bu oyunlarda daha yaxşı nəticə əldə etməyə çalışırıq. Qarşıda nə olacağını deyə bilmərik. Bizim kifayət qədər təcrübəli yerli baş məşqçilərimiz var”.

Mütəxəssis Bolqarıstan millisi ilə matçda hansı qapıçıya şans verəcəyini də açıqlayıb: “Sabahkı matçda Şahruddini əsas qapıçı olaraq oynatmağı düşünürük. Monqolustanla matçla bu oyun arasında xeyli fərq var”.

Qeyd edək ki, martın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər