“Arsenal”da hücumçu problemi – Ayrılmaq istəyir
İngiltərə Premyer Liqasının nəhəng klublarından “Arsenal”da Noni Madueke narazılığı yaşanır.
Msport.az xəbər verir ki, 24 yaşlı vinger yanvar transfer pəncərəsində komandadan ayrıla bilər.
Keçən yay “Çelsi”dən transfer olunan futbolçu Maks Doumanın gəlişindən sonra heyətə düşməkdə ciddi çətinlik çəkir.
London klubunun heyətində 48 matçda 9 qol və 4 assistlə yadda qalan ingilis oyunçunun durumunu digər Premyer Liqa klubları diqqətlə izləyir.







