Benites Premyer Liqaya qayıtmaq istəyir
“Liverpul”un sabiq baş məşqçisi Rafael Benites yenidən İngiltərə Premyer Liqasında çalışmaq istədiyini açıqlayıb.
Msport.az xəbər verir ki, hazırda UEFA-nın Texniki Müşahidəçilər Qrupunda fəaliyyət göstərən ispaniyalı mütəxəssis İngiltərə çempionatının oyunlarını mütəmadi izlədiyini bildirib.
O, bu yaxınlarda əvvəlcə “Yuventus” – “Napoli”, sonra isə “Liverpul” – “Arsenal” oyunlarını izlədiyini, aradakı fərqin açıq şəkildə göründünüyün vurğulayıb: “Premyer Liqanı gərgin atmosferinə görə sevirəm. Hər oyun, hər top uğrunda mübarizə əsl sınaqdır. Bu, möhtəşəmdir. Problem ondadır ki, uyğun layihə tapmaq lazımdır”.
Qeyd edək ki, Rafael Benites UEFA-da oyunların təhlili, taktiki tendensiyaların öyrənilməsi və texniki hesabatların hazırlanması ilə məşğul olur.







