“Çelsi”nin yarımmüdafiə üçün 4 namizədi
“Çelsi” yarımmüdafiə xəttini gücləndirmək istiqamətində işlərini davam etdirir.
Msport.az xəbər verir ki, London klubu Premyer Liqada çıxış edən 4 gənc futbolçunu diqqət mərkəzində saxlayır.
“Mavilər”in potensial transfer hədəfləri siyahısına Lyuis Mayli (“Nyukasl”), Coş Kinq (“Fulhem”), Maylz Lyuis-Skelli (“Arsenal”) və Harrison Armstronq (“Everton”) daxildir.
Klub bu oyunçuların hər birinin çıxışı barədə mütəmadi olaraq hesabatlar alır. “Çelsi”nin skautları gələcəkdə transfer ehtimalını qiymətləndirmək üçün onların inkişafını izləyirlər.







