“Arsenal”ın 2 futbolçusu “Sportinq”lə oyunu buraxacaq
“Arsenal”ın futbolçuları Bukayo Saka və Jurrien Timber zədə səbəbindən Çempionlar Liqasının 1/4 finalında “Sportinq”lə ilk oyunu buraxacaqlar.
Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu haqda London təmsilçisinin baş məşqçisi Mikel Arteta danışıb.
Mütəxəssis deyib: “Saka və Timber bizimlə gəlmədilər. Hələ hazır deyillər. Ümid edirəm ki, hər şey yaxşı gedərsə, həftəsonuna qədər onlar hazır olacaqlar”.
Qeyd edək ki, “Sportinq” – “Arsenal” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







