featured-image-85323

Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə bitirib.

Msport.az xəbər verir ki, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin V turunun oyunlarından sonra bəlli olub.

İsrailin “Hapoel” (Beer-Şeva) klubu Gürcüstanda Türkiyə təmsilçisi “Beşiktaş”a 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.

Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.

UEFA reytinqində İngiltərə (109.227) birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Sabah” komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda İspaniyanın “Barselona” klubuna uduzub – 1:4.

Bənzər xəbərlər