featured-image-18227

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının qrup mərhələsindən sonra afavoritlərdən danışıb.

Msport.az “Ole”yə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Almaniya yığmasının uğursuz çıxışına da toxunub:

“Almaniya millisinin pley-offa çıxmamasına təəccübləndim. Onların çox yaxşı oyunçuları var, çox gənc komandadır. Almaniya həmişə ən yaxşıların arasında olub. Təccüblüdür ki, onlar yenə qrup mərhələsindən sonra mübarizəni dayandırdılar. Bu turnir göstərir ki, komandaların gücü necə də bərabərləşib. Artıq millidə böyük adlar heç nəyi həll etmir. Biz get-gedə görürük ki, komandaların səviyyəsi bərabərləşir”.

PSJ-nin forvardı mundialın favoritlərinin də adını çəkib: “Braziliya çox yaxşı oynayır. Kameruna uduzmalarına baxmayaraq, favoritlərdən biridirlər.  Həmçinin Fransa. İspaniya da çox yaxşı oyun göstərir”.

Bənzər xəbərlər