featured-image-32239

Mövsümün sonunda “Neftçi”dən ayrılan Mert Çelikin Msport.az saytına müsahibəsi

– “Neftçi”dən ayrıldıqdan sonra Türkiyəyə qayıtdınız və I Liqada çıxış edən “Bandırmaspor”la müqavilə imzaladınız. Əvvəlcə bu barədə fikirlərinizi bilmək istərdim…
– Karyeramda yeni addım atmaq istəyirəm. Ona görə də “Banrmaspor”un mənim üçün daha yaxşı variant olduğuna qərar verdim. Gözəl şəhəri təmsil edən və çempionluq hədəfi olan komandadır. Ona görə də bu kluba keçdim.

– Bəs, “Neftçi”də niyə qalmadınız? Yeni müqavilə təklif etmədilər?
– “Neftçi” məni həmişə çox yaxşı qarşılayıb. Bu komanda mənim ailəmdir. Ordakı insanlar mənim üçün çox dəyərlidir. Düşündüm ki, bu il ayrılmağımız ən doğru qərar olar. Ona görə də klubla vidalaşdım.

– “Neftçi”nin baş məşqçi postu üçün Sərgən Yalçınla danışıqlar aparmasını necə şərh edərdiniz? Ümumiyyətlə, bu təyinat nə dərəcədə real görünür?
– Bu, mənim üçün də sürpriz oldu. İnşallah, bu təyinat gerçəkləşər. Sergen hoca böyük mütəxəssisdir. Həmçinin çempion məşqçidir. Düşünürəm ki, “Neftçi”yə gəlsə, ciddi uğurlar qazana bilər.

– Mövsümün sonunda istefaya göndərilən baş məşqçi Laurentsiu Regekampfla münasibətləriniz necə idi? Sizə niyə daha çox şans vermədi?
– Açığı, Regekampf haqqında çox danışmaq istəmirəm. Bir az fərqli məşqçidir. Hesab edirəm ki, oyun üslublarımız üst-üstə düşmədi. Bunu bütün Azərbaycan gördü.

– Rumıniyalı mütəxəssisə qarşı incikliyin varmı?
– Sadəcə, niyə daha çox oynamadığım mənə maraqlıdır.

– Bu sualı onun özünə də verdiniz?
– Soruşanda heç vaxt qənaətbəxş cavab almadım.

– Sizcə, Regekampfın “Neftçi”nin ötən mövsümkü uğursuzluğunda payı nə qədərdir?
– Bu suala cavab verməsəm, daha yaxşı olar. Arxasınca danışmaq istəmirəm.

Bənzər xəbərlər