featured-image-36064

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” (Sloveniya) ilk oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla davranmağı xoşlayırdı. Maraqlı, düşünülmüş hücumlar oldu. Bu, hələ ilk oyundur. Rəqibə necə ki əvvəl ciddi yanaşırdıq, indi daha ciddi olmalıyıq. Komandanın potensialı böyükdür. İstənilən an təhlükəli hücumlar yarada bilirdilər, qol vurmaq qabiliyyətləri var. Arxayınlaşmalı deyilik, Bakıda daha ciddi olmalıyıq. Qarşıdakı oyunda xeyli güc sərf etməli olacağıq.

– Rəqibi əsas hansı komponentdə üstələdiz?
– Bəlkə, deməyim düzgün olmaz. Oyunun əvvəlində düşündüyümüz pressinqi edə bilmədik. Vaxt keçdikcə oyunu rəqib meydançasında qura bildik. “Olimpiya”nı qapımıza buraxanda gördüz ki, təhlükə yarada bildilər. Maksimum çalışdıq ki, qarşılarını alaq. Bəlkə də, vacib komponent bu idi.

– Qolu standard vəziyyətdən başla vurduz. Bunun üzərində çalışırsız?
– Bütün komponentlər üzərində hazırlaşırıq. Bu gün bəlkə, daha uğurlu oldu. Sırf bunun üzərində qurmuşduq desəm, düz olmaz. Uğurlu ötürmə və qol oldu. Bütün komponentlər üzərində işləyirik.

Bənzər xəbərlər