Astanada iki medal
Qazaxıstanın paytaxtı Astanada boks üzrə “Elorda Cup” beynəlxalq turniri keçirilib.
Msport.az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla başa vurub.
Yığmamızın heyətində Murad Allahverdiyev (86 kq) finala kimi irəliləyib. Lakin həlledici görüşdə məğlub olan Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı gümüş medal qazanıb.
Digər olimpiyaçımız Məhəmməd Abdullayev (+92 kq) də “Elorda Cup”da mükafatçılar sırasında yer alıb. O, turniri bürünc medalla bitirib.