featured-image-70894

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunun “Atletik” – “Qarabağ” oyununa böyük maraq var.

Msport.az xəbər verir ki, sabah “San-Mames” arenasında keçiriləcək matç üçün biletlər tükənmək üzrədir.

Bilbaodakı bu arenanın 53 min tamaşaçı tutumu var. Bu mövsüm ÇL-də keçirdiyi 2 oyunda qalib gələ bilməyən “Atletik”in bu seriyaya öz azarkeşləri önündə “Qarabağ”la matçda qoymaq şansı var. Amma eyni zamanda Ağdam klubunun 2 oyunda 2 qələbə qazanmasına da diqqət çəkilir.

Həmçinin bildirilib ki, matça ən ucuz biletin qiyməti 180 avro, birinci sinif üçün isə 377 avro (yerli azarkeşlər üçün) təşkil edir. Bilet sayı isə artıq məhduddur.

Qeyd edək ki, “Atletik” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.

Bənzər xəbərlər