featured-image-76795

“Barselona” və “Atletiko” arasında Çempionlar Liqasının 1/4 final matçından əvvəl xoşagəlməz hadisə baş verib.

Msport.az xəbər verir ki, Madrid klubunun oyunçu avtobusu stadiona gəlməzdən əvvəl “Atletiko” azarkeşləri tərəfindən daşa basılıb.

Daha əvvəl Madridin baş məşqçisi Dieqo Simeonenin oyunçularını Lamin Yamalı təhrik etməyə təşviq etdiyi, bunun da onun sarı vərəqə almasına və cavab oyununu buraxmasına səbəb olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, “Barselona” – “Atletiko” oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər