"Kəpəz" Yevlaxda qalib gəlib sonuncu pillədən qurtuldu
Milli komandaların oyunları ilə bağlı Misli Premyer Liqasında yaranan fasilə başa çatıb.
Msport.az xəbər verir ki, bu gün12-ci tura start verilib.
Premyer Liqada qalmaq uğurunda mübarizə aparan iki komandanın – “Karvan-Yevlax”la “Kəpəz”in dueli maraq doğururdu. Uzun illərdən sonra böyük futbol Yevlaxa qayıtmış olsa da, yerli azarkeşlər sevinə bilməyiblər. “Kəpəz” səfərdə 2:1 hesabı ilə qələbə qazanaraq sonuncu pillədən qurtulub. 12-ci yerə “Karvan” düşüb.
Günün digər matçında isə lider “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq. Bir oyun az keçirən “Qarabağ”ın hazırda 23, “Sumqayıt”ın isə 20 xalı var.
21 noyabr (cümə)
14:00. “Karvan-Yevlax” – “Kəpəz” – 1:2
Qollar: Luis Paçu, 14 (0:1), Araz Abdullayev, 31 (1:1), Rauf Hüseynli, 76-pen. (1:2)
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Yevlax şəhər stadionu
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
22 noyabr (şənbə)
15:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”
17:30. “Zirə” – “Qəbələ”
23 noyabr (bazar)
15:00. “Sabah” – “Şamaxı”
17:30. “Neftçi” – “İmişli”







