"Avrokuboklarda asan matç olmur" - Julio Romao
“Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Bu günlər ərzində necə hazırlaşdığımızı meydanda göstərə bildik”.
Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Julio Romao Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə səfərdəki cavab oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
O, pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirəcəkləri oyunlar haqqında da fikirlərini bölüşüb: “Avrokuboklarda asan matç olmur. “Olimpiya” ilə görüşlərin də çətin keçəcəyini düşünürəm. Ümid edirəm ki, bu oyunlarda da yaxşı çıxış edərək daha da irəli gedəcəyik”.