featured-image-35823

Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləmiş azarkeşlərin sayı bəlli olub.

Msport.az xəbər verir ki, “Qarabağ”ın Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəldiyi matç UEFA Avropa Liqasında ən çox fanatın yer aldığı ikinci qarşılaşmadır.

“Bolt Arena”dakı görüşdə 7612 tərəfdar yer alıb.

Azərbaycan təmsilçilərinin UEFA Konfrans Liqasındakı oyunları isə ilk “10-luğ”a düşüb. “Neftçi”nin Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə uduzduğu matç bu göstəriciyə görə üçüncü, “Sabah”ın Serbiyada “Partizan”a 0:2 (pen: 4:5) hesabı ilə yenildiyi görüş isə səkkizinci sıradadır. İstanbuldakı dueldə 21890, Belqraddakı qarşılaşmada isə 14225 fanat tribunada olub.

Bənzər xəbərlər