featured-image-46029

Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, ölkə 3 günlük yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 13 idmançı ilə təmsil olunacaq.

Qadınlardan Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq), kişilərdən Balabəy Ağayev, Turan Bayramov (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Murad Fətiyev, Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.

Avropa çempionatında cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə Avstriya, Rusiya, Portuqaliya, Fransa, İspaniya, Çexiya, Özbəkistan, Yaponiya, Türkiyədə və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Bənzər xəbərlər