featured-image-53849

Azərbaycan gənc cüdoçuları Estoniyanın paytaxtı Tallində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Azərbaycan Cüdo Federasiyasından Msport.az-a verilən məlumata görə, ölkəmiz turnirdə 11 çəki dərəsində 9 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.

İdmançılar sentyabr 5-7-də çempionatın fərdi, ayın 8-də isə komanda yarışlarında iştirak edəcəklər. Məmmədrza Hacızadə komanda yarışında mübarizəyə qoşulacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət millinin məşqçiləri Elnur İsmayılov və İmamverdi Məmmədov rəhbərlik edəcəklər.

Qızlar arasında Könül Əliyeva, Fəridə Mirzəyeva (hər ikisi 48 kiloqram), Xədicə Qədəşova (52 kiloqram), Fidan Əlizadə, Fidan Qasımova (hər ikisi 57 kiloqram), Pərvanə Abdullayeva (70 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) bacarıqlarını nümayiş etdirəcəklər.

Oğlanların mübarizəsində isə Nizami İmranov (60 kiloqram), Vüsal Qələndərzadə, Aydın Rzayev (73 kiloqram), Süleyman Şükürov (81 kiloqram), Aslan Kotsoyev, Şamil Tuncay (hər ikisi 90 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Ramazan Əhmədov və Kənan Nəsibov (+100 kiloqram) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyi tərəfindən idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov isə İnformasiya Texnologiyaları üzrə təşkilat komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.

Bənzər xəbərlər