featured-image-47276

Avropa çempionu olmaq xəyallarımdan biri idi.

Msport.az-ın məlumatına görə, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: “Arenaya girəndə özümü hazır hiss edirdim. İlk görüşüm bir az çətin çətin keçdi. Komanda yoldaşlarım, məşqçilər mənə güvənirdilər. Çox xoşbəxtəm, mənim günüm idi”.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Elcan Hacıyevdən başqa Hidayət Heydərov (73 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş mükafat əldə edib.

Bənzər xəbərlər