featured-image-11402

“Qarabağ”ın UEFA Avropa Liqasının G qrupundakı oyunlarının təqvimi bəlli olub.

Msport.az xəbər verir ki, Ağdam klubu ilk matçını sentyabrın 8-də Almaniyada “Frayburq”a qarşı keçirəcək.

Qurban Qurbanovun komandası sentyabrın 15-də Bakıda Fransa “Nant”ını qəbul edəcək. Oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”un qonağı olacaq ölkə çempionu oktyabrın 13-də Afina təmsilçisi ilə doğma divarlar arasında qarşılaşacaq.

“Qarabağ” V turda səfərdə “Nant”la, sonuncu turda isə Bakıda “Frayburq”la üz-üzə gələcək.

Bənzər xəbərlər