İlin ən yaxşı futbolçusu adına namizədlər – Afrikada
Afrikada 2026-cı ilin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Msport.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) ilin ən yaxşı oyunçusu mükafatı uğrunda mübarizə aparacaq 10 futbolçunun adını açıqlayıb.
Amad Diallo (Kot-d’İvuar)
Yoan Vissa (Konqo DR)
Antuan Semenyo (Qana)
İsmayıl Saybari (Mərakeş)
Əşrəf Hakimi (Mərakeş)
Brahim Dias (Mərakeş)
İsmayla Sarr (Seneqal)
Pap Qeye (Seneqal)
Sadio Mane (Seneqal)
Teboho Mokoena (CAR)
Diqqətçəkən məqam “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen və “Trabzonspor”un misirli ulduzu Məhəmməd Salahın siyahıya daxil edilməməsidir.
Osimhen 2023-cü ildə, Salah isə 2017 və 2018-ci illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib. Siyahıda olanlardan Əşrəf Hakimi ötən ilin qalibidir.
Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi dekabrın 2-də Nigeriyanın Laqos şəhərində keçiriləcək.







