featured-image-36011

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu turnirin pley-off mərhələsinin ilk görüşündə Sloveniyanın “Olimpiya” klubunun qonağı olacaq.

“Stojitse” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Qarşılaşmanı bolqarıstanlı hakim Georgi Kabakov idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.

UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
24 avqust
22:00. “Olimpiya” (Sloveniya) – “Qarabağ” (Azərbaycan) 0:2

Qol: Medina, 32, Andrade 44
Baş hakim: Georgi Kabakov
Lyublyana. “Stojitse” stadionu

“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas

Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Zan Maurisio, 6. Mateo Karamatiç, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dieqo Pintu, 33. Nemanya Qavriç, 43. Alyaz Kefl, 77. Aldin Yakupoviç

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 683. Nihad Quliyev

Bənzər xəbərlər