featured-image-31

Avropa Voleybol Konfederasiyası (CEV) qadınlar arasında Azərbaycan Super Liqası oyunlarının canlı yayımlanması barədə yazı hazırlayıb.

VI tura təsadüf edən “Azərreyl” – UNEC görüşünü nazirlik rəsmisi Nərmin Əhmədova və federasiyanın baş koordinatoru Zöhrab Gözəlbəylinin şərh etdiyi vurğulanıb.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev “Report”a açıqlamasında bildirib ki, voleybol üzrə kişi və qadın liqalarının növbəti oyunlarını, gimnastika üzrə ölkə çempionatını, eləcə də təqvim üzrə digər növlər üzrə çempionatları da canlı yayımlamağı qarşılarına məqsəd qoyublar: “Nazirlik ölkə çempionatlarının canlı yayımına başladı. Müxtəlif növlər üzrə yerli səviyyədə yayımlardakı boşluğu ADBTİA-nın texniki dəstəyi ilə doldurmağa çalışırıq. Şərhləri öz əməkdaşlarımızla yanaşı, federasiyaların mütəxəsissləri edəcəklər”.

media-0801

Bənzər xəbərlər