featured-image-46332

“Araz-Naxçıvan”ın baş məşqçi postu cəmi bir gün boş qalıb.

Msport.az saytı xəbər verir ki, Premyer Liqa klubu yeni çalışdırıcısını müəyyənləşdirib.

Naxçıvan təmsilçisi yenicə “Qəbələ”nin baş məşqçisi postundan ayrılan Elmar Baxşıyevə tapşırılıb. 43 yaşlı mütəxəssislə bu gün münasibətlər rəsmiləşdiriləcək. O, dünən istefaya göndərilən Azər Bağırovu əvəzləyib.

Qeyd edək ki, “Araz-Naxçıvan” 29 turdan sonra Premyer Liqada 32 xalla səkkizinci pillədə qərarlaşır.

Bənzər xəbərlər