featured-image-72380

AFFA Saşa İliç və Ayxan Abbasovu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Msport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında XIII turun bəzi oyunları ilə bağlı qərarlar verilib.

“İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.

Qərarə əsasən,  “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib. Həmin oyunda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Sumqayıt” klubu 10 min manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Qəbələ” komandası 500 manat cərimə edilib.

Bənzər xəbərlər