featured-image-45265

İspaniyanın “Atletiko” klubunun azarkeşləri La Liqanın XXIX turunda “Barselona” ilə matçdan əvvəl Joau Feliksi təhqir ediblər.

Msport.az xəbər verir ki, fanatlar Kataloniya təmsilçisinin Madrid klubundan icarəyə götürdüyü oyunçunun formasını yandırıblar.

Bundan əlavə, onlar portuqaliyalı hücumçunun ünvanına təhqiramiz şüarlar səsləndiriblər. Matçın ilk yarısında fərqlənən futbolçu isə qola sevinməyib.

Qeyd edək ki, görüş “Barselona”nın qələbəsi ilə bitib – 3:0.

Bənzər xəbərlər