featured-image-45006

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun azarkeşləri portuqaliyalı futbolçu Kriştianu Ronaldunun çıxışından narazıdırlar.

Msport.az xəbər verir ki, komanda ötən gün Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

İnternetdə klubun fanatlarından birinin Ronaldunu tənqid edən videosu da yayılıb.

“Ronaldunun edə biləcəyi yeganə şey “Siu” deyə qışqırmaqdır. Dünyanın ən yaxşı futbolçusu bir metrdən qol vurmadı. Birinci o komandadan getməlidir. Onun yerinə Aleksandar Mitroviçi dəvət etmək daha yaxşıdır”, – deyə tərəfdar deyib.

Qeyd edək ki, ötən il “Əl-Nəsr”ə keçən Ronaldununn hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

Bənzər xəbərlər