featured-image-44702

“Forza Neftçi” azarkeş qrupu bəyanat yayıb.

Msport.az xəbər verir ki, bəyanatda deyilir:

“Forza Neftçi olaraq, uğrunda hər şeyə hazır olduğumuz, bütün fədakarlıqları etdiyimiz “Neftçi”nin oyunlarını müəyyən müddət və müəyyən formalar çərçivəsində boykot etdiyimizi bəyan edirik.

Başlıca səbəb mövsüm başlayandan etibarən sərgilədiyiniz qeyri-stabil, klubun adına, şöhrətinə, tarixinə yaraşmayan oyun göstərməyinizdir. Bundan savayı, hər oyundan öncə etdiyimiz xəbərdarlıqların heç bir dəyişikliklə nəticələnməməsi əsas səbəbin oyunla deyil, digər məsələlərlə əlaqəli olduğunu göstərir.

Papağınızı önünüzə qoyaraq, ya da dəyirmi masa ətrafında toplanaraq fikirləşin. Dediyimiz sözləri qulağınızda sırğa etməklə qalmayın, nəzərə alıb gerçəkləşdirməyə başlayın. Vaxtınız başlayıb”.

Bənzər xəbərlər