Azər Bağırov: “Bizim günümüz deyildi”
“Kəpəz” Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O, görüşə itkilərlə çıxdıqlarını bildirib: “Bir neçə futbolçumuz zədəli və cəzalı idi. Rəqib bir səhvimizdən istifadə edib önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq, çox çalışmaq və səhvlərdən nəticə çıxarmaq lazımdır.
Baş məşqçi “Şamaxı”ya çox qol imkanı vermədiklərini düşünür: “Bu gün rəqibə elə də çox şans vermədik. Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizlik iki epizodumuz oldu. Yəqin ki, bu gün bizim günümüz deyildi”.