featured-image-30512

“Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov qapıçıları Fərman Bayramovun danışılmış oyunlara görə cəzalandırılmasına münasibət bildirib.

Mütəxəssis Msport.az saytına açıqlamasında bu məsələnin Naxçıvan təmsilçisi il bağlı olmadığını söyləyib:

“Fərmanın cəzalandırılmasından xəbərimiz var. Amma əsas məsələ odur ki, mayın 31-dək bizimlə müqaviləsi olmasına baxmayaraq, bunun “Araz Naxçıvan”la əlaqəsi yoxdur. Bu hadisə bizdən əvvəl olub. Qərarda da göstərildiyi kimi, xəbəri olub, məlumat verməyib. Keçmiş klubundakı səhvidir”.

Bağırovun sözlərinə görə, Bayramov transfer olunarkən cəzalı deyildi: “Araz Naxçıvan”da nəsə olsaydı, baş məşqçi kimi hardasa mənim də az da olsa günahım olardı”.

Bənzər xəbərlər