Azər Bağırov "Qarabağ"dan xal ala biləcək?
Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son oyun günündə “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Şamaxı”nı qəbul edəcək.
Oyun saat 19:30-da başlayacaq. “Şamaxı”nın yeni baş məşqçisi Azər Bağırov ötən mövsüm “Kəpəz”də işləyərkən, iki dəfə “Qarabağ”ı məğlub etmişdi.
17 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
19:30. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Şirmamed Mamedov, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Kərim Zeynalov
Tofiq Bəhramov adına Respublika Stadionu
Turun digər nəticələri
“Turan Tovuz” – “Qəbələ” – 1:0
“Araz-Naxçıvan” – “İmişli” – 0:0
“Sabah” – “Kəpəz” – 2:0
“Sumqayıt” – “Neftçi” – 1:3
“Zirə” – “Şəfa” – 2:0







