featured-image-78349

Azərbaycan Premyer Liqasında sonuncu – 33-cü tur davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşıb. Bu, Azər Bağırovun Gəncə klubunun “sükanı” arxasında son oyunu olub.  “Ağ-qaralar” Fredi Varqasın vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanlb.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vurub.

Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Qeyd edək ki, Andrey Demçenko üçün də bu görüş Naxçıvan klubunda sonuncu olacaq.

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq.

23 may (şənbə)

15:00. “Kəpəz” – “Neftçi” – 0:1

Qol: Fredi Varqas 54

Qırmızı vərəqə: İfeanyi Metyu, 65 (“Neftçi”)
Baş hakim: Vüqar Həsənli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Zirə”
Baş hakim:
 Əkbər Əhmədov
“SOCAR Polymer Arena”

24 may (bazar)

16:00. “İmişli” – “Karvan Yevlax”

21 may (cümə axşamı)

“Qəbələ” – “Şamaxı” – 3:1

22 may (cümə)

“Sumqayıt” – “Qarabağ” – 3:4

“Turan Tovuz” – “Sabah” – 1:2

Bənzər xəbərlər